BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dilənçi dilənçinin evinə basqın etdi - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 01:30 radələrində Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində qeydə alınıb.

 

Belə ki, Yevlax sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərov zərərçəkmiş Samirə Həsənlinin (şərti) kirayədə yaşadığı evinin qarşısına gələrək hamam otağının nəfəsliyindən içəri daxil olub. Sonra o, evdə uzanıqlı vəziyyətdə olan zərərçəkmişin üzərinə hücum edib, qadının ağız nahiyəsindən tutaraq basqın edib. Daha sonra Cəfər Samirənin əynindəki köynəyinin iç cibindən 150 manat nağd pulu və 10 manat dəyərində bank kartını quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

 

Hadisədən sonra Cəfər Cəfərov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə ittiham irəli sürülüb. 

 

Məhkəmədə Cəfər Cəfərov özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərib ki, Bakı şəhərində müxtəlif ünvanlarda gecələyib, dilənərək gündəlik pullar qazanıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxsi bir müddətdir ki, tanıyıb, həmin qadının pulu olduğunu bilib. Çünki Samirə də müxtəlif ünvanlarda dilənir. O, zərərçəkmiş şəxsin əlil arabasında olan uşağına dəfələrlə şəhər ərazisində kömək etdiyini söyləyib.

 

Samirə Həsənli ifadəsində həmin pulla şikəst uşağını həkimə aparmağı planlaşdırdığını qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2023, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin