BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “MİDA mənzillərini alıb məqsədli şəkildə kirayə verirlərsə, bu, qəbuldilməzdir”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılan güzəştli mənzilləri alan şəxslər bir müddət sonra həmin mənzilləri kirayə verirlər. Bu isə ciddi müzakirə yaradır. Mənzillərin imkansız ailələr üçün nəzərdə tutulduğunu deyən vətəndaşlar etiraz edərək bu halların qarşısının alınmasını tələb edirlər.

 

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulubsa, MİDA həmin ailələrə dəstək olmalı, onların müraciətlərini nəzərə almalıdır.

 

“Azətəminatlı ailələr üçün nəzərdə tutulubsa, niyə  güzəştli mənzillər onlara verilməməlidir? Növbəyə yazıla bilməməklə bağlı müraciətlər varsa, baxılmalıdır. Mənzillər güzəştli şərtlərlə imkansız ailələrə verilməlidir. Həmin mənzillərdə ancaq bu ailələr özləri qala bilərlər. Yoxsa bəziləri müəyyən yollarla mənzili əldə edərək məqsədli şəkildə kirayə verirlərsə, bu, qəbuldilməzdir, düzgün deyil. Şikayət edənlər varsa, onları dəstəkləyirəm. İstənilən halda məsələni araşdırmaq lazımdır. Yalnız bu halda dolğun cavab verilə bilər”, - deputat deyib.

 

Aytəkin Qardaşova

Tarix: 21 Noyabr 2023, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin