BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrinin müavininin işi ilə bağlı QƏRAR

Binəqədi Rayon Məhkəməsində Gələcək Azərbaycan Partiyası (GAP) sədrinin müavini Aslan Həmidlinin barəsində yazılmış inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, inzibati protokol aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilib.

 

Hazırda iş hakim Tərlan Nüsrətovun icraatına verilib.

 

Qeyd: Aslan Həmidlinin barəsidə protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2023, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin