BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Əylisli AYB-nin “21 mənzil” qalmaqalından danışdı: “O Birliyin adı gələndə...”

Bir neçə gündür, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər üzvünə mənzil verilməsi xəbəri gündəmi zəbt edib. İctimaiyyət nümayəndələrinin hər biri məsələyə fərqli aspektdən yanaşır.

 

Pravda.az-ın əməkdaşı yazıçı Əkrəm Əylisinin də fikirlərini öyrənməyə çalışıb.

 

Qurumun adını eşidən kimi Ə.Əylislinin reaksiyası belə olub: “Mən nə AYB-nin üzvüyəm, nə də ora ilə əlaqəm var. Heç vaxt qarışmıram, məndən uzaq edin. 21 nəfərə mənzil verildiyini bilirəm, amma qarışmaq istəmirəm. Nə deyim axı. O idarənin adı gələndə qətiyyən söz deməyə dilim gəlmir. Mənə dəxli olmayan bir şeydir”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Noyabr 2023, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin