BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin general-mayor rütbəsi verdiyi Mirsaleh Seyidov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla  Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

 

Pravda.az M.Seyidovun dosyesini təqdim edir:

 

M.Seyidov 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib. O, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmazdan öncə sözügedən qurumun Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutub. M.Seyidov bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb. Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Tarix: 21 Noyabr 2023, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin