BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi Neft Şirkətinin idarəsinə cərimə yazdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətə protokol Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci (On beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir) maddəsi əsasən tərtib olunub.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 22 Noyabr 2023, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin