BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşları ilə bağlı QƏRAR

Ali Məhkəmədə Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşı Sevda Quliyevanın (ad-soyad şərtidir) iş yerinə və iş yoldaşlarına qarşı xüsusi ittiham qaydasında məhkəmə qərarın verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Şamaxı İncəsənət Təhsili Mərkəzinin əməkdaşı Sevda Quliyeva iş yerini və iş yoldaşları - Samirə Abzarova və Xanım Məmmədova barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) şikayət verib. O, çalışdığı Mərkəzlə arasında ziddiyyət yarandığından, iş yerini də məhkəməyə verdiyini, lakin bu məsələnin uzadıldığını qeyd edib. Sevda Quliyeva şikayətində bildirib ki, Samirə Abzarova və Xanım Məmmədova barəsində şikayət verməsinin səbəbi ona böhtan atılmasıdır.

 

Məhkəmə xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı cinayət işinin başlanmasından imtina edib.

 

Kamal Məmmədov

Tarix: 22 Noyabr 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin