BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra Hakimiyyətinin qarşısında həmyerlisini bıçaqlayan şəxs azadlığa buraxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Məmmədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb.

 

İttihama görə, hadisə 5 may 2023-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın ərazisində qeydə alınıb.

 

Belə ki, Salyan rayon sakini, 2000-ci il təvəllüdlü Fərid Məmmədli parkda zərərçəkmiş Kamil Həsənovala (şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş ona baş zərbəsi ilə bir dəfə vurub. Daha sonra Fərid üstündə gəzdirdiyi deşici-kəsici alətlə Kamilə bir dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisəsən sonra Fərid Məmmədli saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 22 Noyabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin