Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərib ki, arvadı Sədaqətlə əvvəllər aralarında münasibətləri yaxşı olub, qadın “Səlim market” adlanan ərzaq dükanında işləyib: “Sonra Sədaqətin dükanda işləyən Cabbar və digər şəxslərlə sevgi münasibətləri olduğunu eşitdim. Onunla söhbət edərkən arvadım mənə reaksiya göstərməyib öz bildiyi kimi, hərəkətlər etdi. O, mənə qarşı hörmətsizlik etdiyindən aramızda tez-tez mübahisələri oldu. Dükan sahibi Akifin yanına gedərək Sədaqəti işdən çıxarmasını xahiş etdim, lakin o, razı olmadı. Sədaqətin mənə soyuq münasibət göstərməsini xəyanət etməsi kimi düşündüm. Sonra onu öldürmək qərarına gəldim.
Gülağa Bəndəliyev deyib ki, hadisə günü - 07 may 2023-cü ildə, səhər saat 07 radələrində evdə 100 qram spirtli içki qəbul edərək mətbəxdən bıçaq götürüb cibinə qoyub: “Daha sonra Sədaqətin iş yerinə getdim. Onun piyada gəldiyini və həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək qadına yaxınlaşdım. Sədaqət məni görüb qaçmaq istədi, lakin buna imkan verməyib onu arxadan tutaraq əlimdəki bıçaqla arvadıma arxadan bir neçə zərbə vurdum. Sədaqət qışqırıb müqavimət göstərmək istəyəndə yenidən bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Sonu onu dükanın qabağında yerə yıxdım, dayanmadan arvadıma çoxsaylı zərbələr vurdum. Sədaqət yerdə hərəkətsiz halda qalarkən kimsə məni arxadan qucaqlayıb kənara çəkdi. Həmin vaxt əlimdəki bıçaq Sədaqətin kürəyinə saplanmış vəziyyətdə qalmışdır. Arvadım mənə xəyanət etməklə el arasında rüsvay etdiyi üçün onu öldürdüm. Əməlimdən peşmanam”.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, mərhum Sədaqət Səfərova onun bacısıdır, təxminən 9 il bundan əvvəl həmkəndlisi Gülağa Bəndəliyevlə ailə həyatı qurub, birgə nikahlarından uşaqları olmayıb: “Onların arasında əvvəllər münasibətlər yaxşı olub, lakin Gülağanın spirtli içki qəbul edən zaman heç bir səbəb olmadan bacımı təhqir edib, incitdiyini və döydüyünü eşitdim. Hadisə günü Gülağanın Sədaqəti işlədiyi marketin qabağında bıçaqla çoxsaylı zərbələr vuraraq onu xüsusi amansızlıqla öldürdüyünü eşidib, hadisə yerinə gəldim. Bacımın meyitini həmin yerdə gördüm. Sədaqət ərinə qarşı heç vaxt xəyanət etməyib, heç kimlə sevgi münasibəti olmayıb. Gülağa bacıma şər atmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq istəyir”.
O, sonda təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını söyləyib və Gülağaya ağır cəza verilməsini məhkəmədən xahiş edib.
Qeyd: Hər iki şəxs daha əvvəl ailəli olubmuş və bu, onların ikinci evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan Gülağa Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat yoldaşından boşanan Sədaqət Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah bağlanmasa da, Gülağa Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa başlayıblar.
Araşdırmalar zamanı məlum olub ki, Gülağa Bəndəliyevin son vaxtlar mütəmadi spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib, nəticədə Sədaqət Səfərova bir ay əvvəl onu tərk edib. Hadisə günü Gülağa Bəndəliyev səhər saatlarında təmizlik məqsədilə işlədiyi mağazanın qapısını açarkən Sədaqət Səfərovaya hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, özünə də xəsarətlər yetirərək intihara cəhd edib.
Gülağa Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin