BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə yol qəzası törətməkdə təqsirləndirilən Əli Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, 31 mart 2023-cü il tarixdə, saat 11 radələrində Ağcabədi rayonu, Hacıbədəlli kəndi istiqamətində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes-Benz” markalı mikroavtobusla toqquşub. Nəticədə “VAZ”da olan sərnişin Mərhəmət Həsənov ölüb.

 

Daha sonra Əli Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 22 Noyabr 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin