BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehman Hüseynov deputatları ələ salmaq istədi - VİDEO

Bloqer Mehman Hüseynov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı deputatlardan münasibət öyrənib.

 

Pravda.az-ın xəbərinə görə, bloqerin “Milli Məclis özünü buraxır yoxsa yox?” və "Milli Məclis qocalar evinə bənzəyir" tipli atmacalı suallarına ilk cavabı Aqil Abbas verib: “Milli Məclis özünü buraxır yox, növbədən kənar seçkilərə gedir. Cənab Prezidentin fərmanı ilə vaxtı da bilinəcək. YAP çoxluq təşkil edir və onlar növbədən kənar seçki keçirmək istəyirlərsə, qarşısını almaq olmaz. Yəni yeni heç nə yoxdur. Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır”.

 

O, Vahid Əhmədova da müraciət edib. Deputat bu sualı gülüşlə qarşılayıb: “Ümumiyyətlə bu barədə çox söhbətlər gedir. Milli Məclisin yenilənməsinə ehtiyac var. Müasir tələblərə cavab verən bir Parlament qurulmalıdır. Siyasətdə qoca, cavan söhbəti yoxdur. Yaşlı insanlar daha çox fəal və təcrübəli olurlar”.

 

Tarix: 1 Dekabr 2019, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin