BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevə daha bir vəzifə verildi

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb.

Pravda.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən mərkəzin yaradılması barədə qərar qəbul edilib.

Elmi mərkəzin rəhbəri akademik Ramiz Mehdiyev, müavini isə akademik İsa Həbibbəyli təsdiqlənib.

Tarix: 9 May 2020, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin