BURADA REKLAMINIZ OLA
BİLƏR

“USAID-ə kömək edənlərə, təşkilatın verdiyi pula milli maraqları satanlara bu torpaqda yaşamağa yer olmamalıdır” - RƏY

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda fəaliyyətini dayandırmayacaq. Amma Azərbaycan tərəfinin atdığı addımlar doğrudur. USAID rəngli inqilablar həyata keçirən bir təşkilatdır. USAID-nin hazırkı direktoru Samanta Pauerin Vardanyanla, erməni dəstələri ilə bağlılığı var. Lakin məsələ tək onunla kifayətlənmir. Materiallar buradan USAID-ə ötürülür, USAID də Azərbaycandan kənarda - Avropada, Amerikada yaşayan və Azərbaycan əleyhinə işləyən nə qədər bloger varsa, həmin blogerlərə verir. Azərbaycan əleyhinə təbliğat aparan adamlar, ölkənin maraqlarını satanlar, Azərbaycan iqtidarına düşmən kimi baxanlar - bunlar çox təhlükəli meyillərdir. Sən iqtidarda kimdənsə xoşun gəlməyə bilər, amma dövlətin maraqlarını kiməsə acıq edib satmaq artıq şərəfsizlikdir. USAID də bununla məşğuldur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O xatırladıb ki, Gürcüstanda rəngli inqilabı USAID həyata keçirib: “Görün, Ukraynanı nə günə qoydular. İndi də Azərbaycanın qazandığı qələbəni, İlham Əliyevin yürütdüyü ağıllı siyasəti qəbul edə bilmirlər. ABŞ yenidən hegemonluq, tək lider olmaq eşqinə düşüb və USAID-nin xətti ilə bunu edir. Əslində, USAID BMT-nin təşkilatıdır. Çox biabırçı vəziyyətdir ki, BMT ABŞ-nin “beşinci təkərinə” çevrilib - dünya qalıb bir tərəfdə, ABŞ nə tapşırırsa, BMT onu icra edir”.

 

C.Nuriyev hesab edir ki, Azərbaycan bir neçə addım atmalıdır: “USAID-yə bağlı olan təkcə saytlara deyil, internet telekanallarına da baxmaq lazımdır. Qeyri-hökumət təşkilatlarının da hamısı mütləq üzə çıxarılmalıdır. Çünki bəzi QHT-lər USAID-dən böyük pullar alırlar. Gender bərabərliyi, diplomatiya və s. kimi informasiyaları ortaya atmaqla bu dövləti və milləti pula satırlar. Kim özünü satırsa, onu alırlar. Bu, aydın məsələdir. Azərbaycan birmənalı olaraq bu istiqamətdəki fəaliyyətini daha da genişləndirməlidir. USAID-ə bağlı nə qədər adam varsa, zərərsizləşdirilməlidir. Çünki millətin, dövlətin əleyhinə işləyirlər. Onsuz da ABŞ USAID-nin xətti ilə ermənilərlə bağlı maraqlarını həyata keçirməyə çalışır. Onlara kömək edənlər, verdikləri pula milli maraqları satanlar üçün bu torpağın üstündə yaşamağa yer olmamalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Noyabr 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin