BURADA REKLAMINIZ OLA
BİLƏR

“Helind enerji” məhkəməyə verildi

“Helind enerji” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun icraatındadır. Məhkəmə iclası dekabrın 7-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin