BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərbərxanın qarşısında qardaşını döyən şəxsi bıçaqladı, şərti cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sabir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 06 iyun 2023-cü il tarixdə, saat 16 radələrində paytaxt ərazisində yerləşən kişi salonlarının birinin qarşısında qeydə alınıb.

 

Belə ki, bərbərxanın qarşısında əvvəllər tanımadığı zərərçəkmiş Qabil Fəttahovla (şərti) qardaşı Saleh Quliyevlə mübahisə edib. Bu zaman zərərçəkmiş onun qardaşını döyməyə başlayıb. Sabir isə qisas almaq məqsədilə Salehin qarın nahiyəsindən əlində olan bıçaqla bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.

 

Daha sonra Sabir Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 23 Noyabr 2023, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin