BURADA REKLAMINIZ OLA
BİLƏR

Hotelin həyətində dava salan tanışlarla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Anar İsgəndərov və tanışı Vasif Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, Xəzər rayon Məhkəməsinin hökmü Anar İsgəndərovun Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsinə əsasən cəza təyin edilməsi hissəsində dəyişdirilib. Belə ki, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etməcəzası şərti hesab edilməklə ona 1 il sınaq müddəti müəyyən edilib.

 

İttihama görə, hadisə 23 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Caspian” hotelin həyətində qeydə alınıb.

 

Belə ki, Anar İsgəndərov və tanışı Vasif Zeynalov hotelin həyətində fəaliyyət göstərən kafedə və həmin hotelin çıxışında küçədə heç bir əsaslı səbəb olmadan zərərçəkmiş C.Qəniyevin ünvanına nalayiq söyüşlər söyüb və onun bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri ilə qəsdən çoxsaylı zərbələr endirib. Nəticədə həmin şəxslər zərərçəkmişə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq edib.

 

Hadisədən sonra Anar İsgəndərovla Vasif Zeynalov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 23 Noyabr 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin