BURADA REKLAMINIZ OLA
BİLƏR

Əri həbsdə olan qadını aldadan şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Q.Kazımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon məhkəməsinin çıxardığı 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək 6 aya endirilib.

 

İttihama görə, hadisə Q.Kazımov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Samirə Əlizadəyə (şərti) qarşı dələduzluq edib.

 

Belə ki, o, ötən il qadının həbsdə olan ərinə yüngül cəza verilməsi, həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib. Bundan başqa, Q.Kazımov zərərçəkmiş şəxsi bağça müəlliməsi vəzifəsinə işə düzəldəcəyinə və onun anasının əvvəllər təyin edilmiş pensiyasının yenidən bərpa edilməsinə köməklik edəcəyinə dair yalandan vədlər verərək Samirəni aldadıb. O, bu yolla qadının ümumilikdə 2 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 23 Noyabr 2023, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin