BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazadakı bədbəxt hadisədə günahlandırılan müdir bəraət aldı

Bakı Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Mahir Rəfiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib.

 

İttihama görə, hadisə 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Alatavada yerləşən şirkətlərdən birinə məxsus mağazada qeydə alınıb.

 

Belə ki, Mahir Rəfiyev həmin mağazada müdir vəzifəsində çalışan zaman obyektdə kassir işləyən zərərçəkmiş Sakit Məmmədov (şərti) 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarını götürmək istəyib. Bu zaman o, müvazinətini itirib və yeməkxananın asma tavanının üzərinə yıxılıb. Nəticədə asma tavan həmin təsir səbəbindən sınaraq, Sakitlə birlikdə yeməkxanada çay içən şirkətin digər işçisi, zərərçəkmiş Salam Səfərovun üzərinə düşüb. Hadisə zamanı hər iki şəxs xəsarət alıb.

 

Daha sonra bu hadisəyə görə, Mahir Rəfiyev cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 23 Noyabr 2023, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin