BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zoopark”a qarşı məhkəmə başladı

Bakı Kommersiya Məhkəməsində “Master-Ofis” MMC-nin Bakı Şəhər Heyvanat Parkına (“Zoopark”) qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

 

Qeyd: "Master-Ofis” MMC-nin Bakı Şəhər Heyvanat Parkını məhkəməyə verərək maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

 

Xatırlatma: Mətbuatda yayılan məlumata əsasən, "Master-Ofis” MMC-nin adı daha əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin məhkəmə prosesində keçib.

 

2015-ci ilin fevral ayında təsis olunan şirkətin hüquqi ünvanı da Neftçala şəhərində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur.

 

Bu şirkət daha əvvəl Samur-Yalama Milli Parkında daşına bilən evlərin tikilməsi və quraşdırılması işlərini həyata keçirib.

 

Şirkətin Heyvanat Parkında hansı işləri gördüyü və hansı səbəbdən ziyana düşməsiylə bağlı məlumat verilməyib.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin