BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Babayevin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Sərdar Babayev Maide.az saytının rəhbəri olub. O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin