BURADA REKLAMINIZ OLA
BİLƏR

Aşpaz qadın evinin qarşısında hücuma məruz qaldı

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Salam Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Salam Məmmədov zərərçəkmiş Fərizə Zamanovanın (şərti) bankomatdan pul çıxartdığını görüb, qadının getdiyi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə qədər təqib edib. Daha sonra zərərçəkmiş həmin ərazidə yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinin qapısını açmaq istəyən zaman təqsirləndirilən şəxs arxadan yaxınlaşaraq, qadının əynindəki gödəkcənin sağ cibindən 580 manat pulu çıxarıb. Bundan başqa, Salam Məmmədov Xırdalan şəhərində 120 saylı avtobusun son duracağında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəffaf selofana bükülmüş 0,675 qram çəkidə heroin əldə edib, üzərində saxlayıb. Daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Xırdalan şəhəri ərazisində yerləşən “Bazastore” mağazanın yaxınlığında saxlanılıb və üzərində həmin narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Qeyd: Fərizə Zamanova Bakı şəhərində yerləşən fəhlə yeməkxanasında aşpaz işləyir.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin