BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin əməkdaşının bəraət hökmü ləğv edildi

Sumqayıt Apellyasiya Məhkəməsində “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin bəraət verilməsinə dair Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilib. Kamran Babayevin Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib.

 

Qeyd: 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib. FHN istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin