BURADA REKLAMINIZ OLA
BİLƏR

Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə təqdim olunub - FOTO

Beynəlxalq Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimi keçirilib.

 

Pravda.az Bizim.Media-ya istinadən xəbər verir ki, layihə ölkəmizdə qız uşaqlarına ögey münasibətə, selektiv abortlara həsr olunub.

 

Layihənin müəllifləri Mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova və peşəkar biznes məşqçi, kələğayı kolleksiyaçısı Zümrüd Rüstəmovadır.


Tədbirdə mədəniyyət adamları, Milli Məclisin üzvləri və yazıçılar iştirak ediblər.

 

İştirakçılara fotosərgi ilə yanaşı sözügedən mövzuya həsr olunmuş video təqdim olunub. 

 

Videoda milli kələğayı qızların simvolu seçilib, qız uşaqlarının həm də milli kimliyimizin daşıyıcısı olduğu fikri önə çəkilib.































 

Tarix: 24 Noyabr 2023, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin