BURADA REKLAMINIZ OLA
BİLƏR

Ticarət mərkəzində arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Elman Babayevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 26 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində paytaxtın Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzində qeydə alınıb. Belə ki, Elman Babayev arvadı, zərərçəkmiş Mələk Babayevanı (şərti) tanışı və qeyriləri ilə telefonla danışmaqla intim münasibətdə olmalarından şübhələnib. O, bu səbəbdən aralarında olan mübahisələrlə əlaqədar qadının çalışdığı ticarət mərkəzindəki mağazaya gəlib. Həmin vaxt orada zərərçəkmiş şəxsin anası da orada olub və ona övladından əl çəkməsini tələb edib. Lakin buna baxmayaraq, Elman Mələyin bədəninin müxtəlif nahiyələrinə davamlı çoxsaylı zərbələr endirərək ona xəsarət yetirib. Daha sonra hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Elman Babayevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin