BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” Cəlaləddin Ruminin portretlərinə qarşı mübarizəyə qalxdı

Şərq-islam dünyasının böyük alimi, mütəfəkkir, sufi şair Cəlaləddin Ruminin Əfqanıstanın Məzari-Şərif şəhərində olan böyük portreti götürülüb.

 

Bəlx vilayətinin keçmiş qubernatoru Atto Məhəmməd Nur iddia edir ki, böyük alimin şəhərdə asılan portreti “Taliban” hökumətinin göstərişi ilə aşağı endirilib.

 

“Bu yolla “Taliban” İran sivilizasiyasının rəmzlərindən biri hesab olunan şairə qarşı məqsədyönlü şəkildə mübarizə aparır”, - deyə o vurğulayıb.

 

Atto Məhəmməd Nur hesab edir ki, “Taliban”ın Rumiyə nifrətinin başqa bir səbəbi isə mütəfəkkirin “mötədil İslam”ı təbliğ etməsi olub.

 

Oxu.az

Tarix: 24 Noyabr 2023, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin