BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyada keçidində kişini maşınla vuraraq öldürən şəxslə bağlı hökm çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Aləm Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Aləm Əsədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd: Hadisə 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində paytaxtın Nizami rayon ərazisində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Aləm Əsədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada keçidində 1986-cı il təvəllüdlü Qasım Zeynalovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Aləm Əsədova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2023, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin