BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Abdullayevdən qalmaqallı paylaşım - FOTO

Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” sosial şəbəkəsində qalmaqala səbəb olan paylaşım edib.

 

Pravda.az-ın xəbərinə görə, o, şəbəkədə kitablarının ingilis dilinə tərcümə edilmiş variantını paylaşaraq “Azərbaycan zibil ingilis dilində” qeydini yazıb.

 

Sosial şəbəkə istifadəçiləri buna etiraz edərək “Azərbaycan zibil deyil” deyə, yazıblar. Qeyd olunub ki, Xalq yazıçısı Azərbaycan dilini bilmir, ona görə də belə səhvlərə yol verir. Hətta sarkazmla “Çingiz Abdullayev axırda özü-özünü məhkəmə verəcək” yazanlar da olub.

 

Daha sonra yazıçı paylaşımdakı qeydi silib.

 

Xəyal

Fotoları təqdim edirik
Tarix: 25 Noyabr 2023, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin