BURADA REKLAMINIZ OLA
BİLƏR

Konsert zamanı izdihamda 4 nəfər ölüb, onlarla insan yaralanıb

Hindistanın cənubundakı Kerala ştatında konsert zamanı yaranan izdiham nəticəsində 4 tələbə ölüb, daha 60 nəfər yaralanıb.

 

Bu barədə NDTV telekanalı ştatın səhiyyə naziri Vin Corcuya istinadən məlumat yayıb.

 

İzdiham Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən konsertdə yaranıb. Tədbirə 2 mindən çox insan toplaşıb.

 

Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir./Report

Tarix: 26 Noyabr 2023, 01:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin