BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq müdafiə naziri 7 il azadlıqdan məhrum edildi

Küveyt Ali Məhkəməsi sabiq müdafiə və daxili işlər naziri Halid əl-Cərrah əl-Sabahın 7 il azadlıqdan məhrum edilməsi barədə hökm verib.

 

Sabiq nazir hərbi xərclərdən sui-istifadə etməkdə günahkar sayılıb.

 

Məhkəmənin hökmünə əsasən, anoloji ittihamla günahlandırılan sabiq Baş nazir Caber əl-Mübarək əl-Hamad əs-Sabah isə təyinatı üzrə xərclənməyən vəsaitləri geri qaytarmalıdır.

 

Hər iki şəxs ittihamları rədd edir.

 

Qeyd edək ki, sabiq müdafiə və daxili işlər naziri ilə sabiq Baş nazirə 2022-ci ilin martında bu ittihamlar üzrə bəraət verilib. Lakin Küveyt Prokurorluğunun apelyasiyası əsasında cinayət işi yenidən məhkəməyə qaytarılıb.

 

APA

Tarix: 26 Noyabr 2023, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin