BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Fərəcovun qardaşının biznesi - SƏNƏDLƏR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, sabiq deputat Nazim Fərəcova məxsus şirkətlərin adları açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

 

“Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2007-ci ildə qeydiyyatdan keçirib. Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. Bu ünvanda həmin ilin iyun və iyul aylarında daha 5 şirkət - TRANS-AVTO LTD MMC, EVEREST LTD MMC, QIZILDAŞ LTD MMC, KAİNAT LTD MMC və "GƏNCLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb.

 

TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan "YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir.

 

Nazim Fərəcovun təsisçisi olduğu "LAMİNAT-KOMMERS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir.

 

Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da sonradan aldadıldığı məlum olmuşdu” – C.Həsənli qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 9 May 2020, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin