BURADA REKLAMINIZ OLA
BİLƏR

İçki istehsal edən zavoda cərimə yazılmasının səbəbi açıqlandı

“Kristall plus” QSC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır. Məhkənə iclası dekabrın 6-da keçiriləcək.

 

Qeyd: QSC içki istehsal edir.

 

Xəyal Quliyev

Tarix: 27 Noyabr 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin