BURADA REKLAMINIZ OLA
BİLƏR

Aptekin qarşında ustanı bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

Hacıqabulda rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada Sahəddin Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 28-nə təyin edilib.


Şikayət hakim İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 30 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman” aptekin yaxınlığında qeydə alınıb.


Belə ki, rayon sakini, 1962-ci il təvəllüdlü Sahəddin Tağıyev əvvəllər tanıdığı və aralarında düşmənçilik və ya ədavətin olmadığı zərərçəkmiş Əli Məmmədovla söhbət edən zaman ona verdiyi əl fənərinin təmir edilərək vaxtında geri qaytarmadığını söyləyib. Bu zaman təqsirləndirilən şəxs üzrində olan bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə və üz nahiyəsinə qəsdən zərbələr endirib. Nəticədə o, Əlinin sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib.


Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.


Qeyd: Əli Məmmədov rayonda usta işləyir.

 

KamalMəmmədov 

Tarix: 27 Noyabr 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin