BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Vüqar Rəsulovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Növbəti instansiya məhkəmələri hökmü qüvvədə saxlayıb.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.


 
Belə ki, Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Riad Babayev əvvəllər mübahisə etdiyi 2001-ci il təvəllüdlü Vüqar Rəsulov tərəfindən dava zamanı bıçaqlanıb.


 
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.


 
Faktla bağlı V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 27 Noyabr 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin