BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə tutulan keçmiş xəstəxana direktoru bəraət istəyir

 Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Zeynalov 7 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxadığı hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilib.

 

Hökmdən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona CM-nin 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və həmin cəzanın CM-nin 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb. Mübariz Zeynalova verilmiş ittihamın CM-nin 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilib.

 

Təqsirləndirilən şəxs üzərində CM-nin 311.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
 

Qeyd: Xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

 

Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 27 Noyabr 2023, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin