Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli ölkədə fəaliyyət göstərən bəzi klinikalarda sertifikasiya müddəti başa çatan həkimlərin adlarının açılqanmasına, onların sertifikatları olmaya-olmaya cərrahi əməliyyatlar etmələrinə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu, qanun pozuntusudur: “Sertifikasiya prosesi hər beş ildən bir tibb fəaliyyəti ilə məşğul olan həm orta tibb personalı, həm də həkimlər üçün şərtdir. Sertifikasiyadan keçmək yeni terminologiyalarla, elmi məlumatlarla tanışlıq baxımından önəmlidir, eyni zamanda həkimin davamlı şəkildə öz üzərində çalışması prosesini stimullaşdırır. Səhiyyə Nazirliyinin və TƏBİB-nin tabeliyində olan dövlət xəstəxanalarında sertifikasiya artıq avtomatik qaydada izah olunur. Sertifikasiya müddəti başa çatan həkimlər əvvəlcədən məlumatlandırılırlar və müvafiq prosedurlardan keçərək sertifikasiya imtahanı verirlər. Həkim sertifikasiya imtahanından keçə bilməsə, növbəti 6 ay ərzində yenidən imtahana hazırlaşır. İkinci dəfə də sertifikasiyadan keçə bilməyən həkimlər artıq praktiki fəaliyyətdən kənarlaşdırılırlar. Amma özəl klinikalarda vəziyyət fərqlidir. Mən də bu məlumatlarla tanışam. Həqiqətən də, bəzi özəl klinikalarda sertifikasiyaya qarşı məsuliyyətsiz münasibətin şahidi oluruq. Bu, birbaşa qanun pozuntusudur. İnzibati Xətalar Məcəlləsinə görə, həmin müəssisədə rəhbərlik cəzalandırılır, sertifikasiyadan keçməyən həkimlərin isə praktiki fəaliyyətlə məşğul olmaq hüquqları yoxdur. Bütün bunlar ciddi məsələlərdir, qanunvericilik hər kəs üçün keçərlidir”.
M.Məmmədli düşünür ki, ümumiyyətlə, akkreditasiya, sertifikasiya, tibbi xidmətin keyfiyyətinə nəzarət, tibbi xidmətin tənzimlənməsi, müəssisələr üzərində dövri olaraq monitorinqlərin keçirilməsi baxımından Səhiyyə Nazirliyi daha aktiv fəaliyyət göstərməlidir: “Bu, insan sağlamlığıdır, ciddi məsələdir. Cənab Prezidentin son fərmanları ilə istər akkreditasiya prosesinin tənzimlənməsi, istərsə də Səhiyyə Nazirliyinin Əsasnaməsinə edilən dəyişikliklərdə tibbi xidmətin keyfiyyətinə nəzarət birbaşa Səhiyyə Nazirliyinə həvalə olunub. İnanıram ki, bu proses qısa müddət ərzində vüsət tapacaq. Nə TƏBİB-nin, nə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssəsilərin, nə də özəl qurumların arasında heç bir fərq qoyulmamalıdır. Sertifikatı olmayan həkimlər birmənalı şəkildə praktiki tibbi fəaliyyətlə məşğul ola bilməzlər. Bu, “olmazsa, olmaz” şərtdir!”
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin