Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlhəm Beynəlxalq Hospitalına məcburi auditdən yayındığına görə yazılan cərimə protokoluna bu gün baxılacaq

“Məlhəm Beynəlxalq Hospitalı” MMC-yə yazılan cərimə protokoluna bu gün baxılacaq.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə keçiriləcək.

 

Qeyd: Hospitala protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 28 Noyabr 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar