BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pegasus”a yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

“Pegasus company” MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası dekabrın 6-da Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

 

Qeyd: Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 28 Noyabr 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin