BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Məmmədova məxsus olduğu bildirilən istirahət mərkəzini 6 min manat cərimə gözləyir

“Relax resort and spa hotel” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. Zərərçəkmiş şəxs kimi Novruzov Samir Müqəddəs oğlu göstərilib. Məhkəmə iclası dekabrın 7-də keçiriləcək.

 

İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun icraatındadır.

 

Qeyd: İstirahət mərkəzinin Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 28 Noyabr 2023, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin