BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qızını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

Bakıda həyat yoldaşı və qızını bəçaqlamaqda təqsirıəndirilən Aqil Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 29-na təyin edilib.

 

Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 4 il azadlıqdan məhrum edilib. 

 

İttihama görə, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşı Sürəyya Məmmədovaya bıçaqla ağır bədən xəsarəti yetirib.

 

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 28 Noyabr 2023, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin