Reklam

Azərbaycanda koronavirusun artmasının səbəbi nədir? - AÇIQLAMA

 “Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.

 

Pravda.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

 

“Təəsüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, deyə TƏBİB sədri deyib.Report

Tarix: 9 May 2020, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin