BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Orucov: “Avropa, ABŞ bizim üçün ölçü meyarı olmamalıdır”

Tanınmış psixoloq Nizami Orucovun sosial şəbəkə profilində xarici ölkələr barədə paylaşdığı videolarında Azərbaycanı bəyənməyənləri tənqid etməsi müzakirə yaradıb. Psixoloqun fikirlərinə etiraz edənlər bildirirlər ki, onun müqayisəsi yanlışdır, Azərbaycan cəmiyyəti ABŞ və yaxud Avropa cəmiyyəti səviyyəsində ola bilməz...

 

N. Orucov Pravda.az-a açıqlamasında müzakirələrə fərqli aspektdən yanaşıb.

 

O bildirib ki, ilk növbədə Azərbaycan cəmiyyətinin ABŞ, Avropa cəmiyyətinin səviyəsinə çatmaq kimi bir məqsədi olmamalıdır: “Çünki hər bir millətin, cəmiyyətin öz tarixi yolu var və keçdiyi yolda onun müəyyən adət-ənənələri, milli-mənəvi ruhu, həyat tərzi, ailə dəyərləri və s. formalaşıb. Düşünürəm ki, Azərbaycan cəmiyyətinin, dövlətinin kiminləsə müqayisə olunmaq və ya kiməsə çatmaq kimi məqsədi olmamalıdır. Bizim özümüzə məxsus xüsusiyyətlərimiz var. Biz cəmiyyət olaraq, sadəcə, öz mənfi tərəflərimizi ortadan qaldırmaq üçün bəzi inkişaf etmiş cəmiyyətlərdən yalnız sağlam elementləri, sağlam tərəfləri, yəni bizdə olmayıb, qonşuda olan hansısa gözəl xüsusiyyəti götürə bilərik. Lakin bu, o demək deyil ki, biz özümüzdən imtina etməliyik. Paylaşdığım videolarda dəfələrlə buna misal çəkmişəm. Məsələn, Azərbaycanda yerə düşmüş çörəyin yerdən qaldırılması bir adətdir, çörəyə, zəhmətə, əziyyətə göstərilən dəyərdir. Bu adətin izah olunması, hər kəsə aşılanması lazımdır. Lakin biz avropalılar kimi düşünsək, gərək, məsələyə onlar kimi yanaşaq - çörəkdir, yerə düşüb, ona it-pişik dəymiş ola bilər, mikrobdur... Onda bu, bir az başqa yerlərə gedəcək. Bizim özümüzə məxsus bütün gözəlliklərimiz qalmaq şərti ilə öz inkişafımıza baxmalıyıq. Avropa, ABŞ bizim üçün ölçü meyarı olmamalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Noyabr 2023, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin