BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 180 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

 

Kamal Məmmədov

 


 

Tarix: 29 Noyabr 2023, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin