Reklam

DTX-nın həbs etdiyi vəzifəli şəxslər hakim qarşısına çıxarıldı

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Abbasov, nazirliyinin tabelində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

 

Pravda.az-ın məlumatına görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə gətiriliblər.

 

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

 

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

 

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.APA

Tarix: 9 May 2020, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin