BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prius”un sürücüsü müştərinin bank kartını oğurladı - HÖKM

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Zaman Əsədzadənin (şəti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, Zaman Əsədzadə taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobildə sərnişin qismində əyləşən, zərərçəkmiş Namiq Əliyevin (şərti) nəqliyyat vasitəsinin salonuna düşdüyü bank kartını götürüb. Daha sonra o, həmin kartla 14 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən “Digah" marketdən 229,43 manat dəyərində ərzaq məhsulları və “Linkoil" yanacaq doldurma məntəqəsindən 20 manat dəyərində yanacaq alıb.

 

Hadisədən sonra zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib, Zaman Əsədzadə məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 30 Noyabr 2023, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin