BURADA REKLAMINIZ OLA
BİLƏR

Saatlıda 45 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı şəhərində 45 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Kənan Nərimanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

 

Qeyd: Bu il iyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 30 Noyabr 2023, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin