BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlalə Nəzəroğlu: “Reytinq xatirinə insanların şəxsi məsələlərini danışdıqları verilişlər bu xalqı ilmə-ilmə çürüdür”

“Reytinq xatirinə insanların ailə problemini, şəxsi məsələlərini danışdıqları verilişlər bu xalqı ilmə-ilmə çürüdür, xəbəriniz varmı? Psixoloji problemi olan, şəxsiyyət kimi formalaşmamış insanlar inanırlar ki, hansısa veriliş onlara kömək edəcək. Bu azmış kimi, belə insanlar qaraladıqları şəxs haqqında istədikləri məlumatı canlı yayımda səsləndirir, onlara aid fotoları TV-yə təqdim edirlər. Bu, cinayətdir, bilirsiniz?”

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış aparıcı, diksiya təlimçisi Cəlalə Nəzəroğlu bildirib.

 

“Təsəvvür et, hansısa yolunu azmış qadın başqasından qisas almaq üçün bir kişini canlı yayımda biabır edir. TV üçün bu, adi bir gün, adi bir veriliş idi - təki reklamlar vaxtında getsin, gəlir gəlsin. Amma reallıqda tək bir veriliş ailələrin dağılmasına, uşaqların dərbədər olmasına, neçə-neçə insanın ömürlük travma almasına səbəb olur. Ayıbdır, vallah, ayıbdır! Başqalarını bədbəxt edərək qazandığınız pullar əmin olun, bir gün hansısa bədbəxt hadisə üçün xərclənəcək!” – o qeyd edib.

Tarix: 30 Noyabr 2023, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin