BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: Zelenskini rahat buraxmayacağıq

Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.

 

O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır.

 

"Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Amma biz Zelenskini rahat buraxmayacağıq", - deyə Zaxarova yazıb./APA

Tarix: 1 Dekabr 2023, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin