BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş icra başçısı əxlaqsızlıq yuvası təşkil edibmiş - saxlanıldı

Qırğızıstanın şəhərlərindən birinin keçmiş icra başçısı seksual xidmət göstərilən əxlaqsızlıq yuvasının təşkilində iştirakda şübhəli bilinir.

 

Pravda.az Lent.az-a istinadla bildirir ki, eks-məmur fahişəxananın təşkili və yerləşdirilməsi üçün binanı təmin edib. Özü də dəfələrlə bu müəssisədə sosial məsuliyyəti aşağı olan qızların xidmətindən istifadə edib.

 

Həmin şəxs saxlanılaraq istintaq təcridxanasına aparılıb. Artıq ona qarşı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 159-cu maddəsi (fahişəliyə cəlb etmə) ilə cinayət işi açılıb.

Tarix: 1 Dekabr 2023, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin