BURADA REKLAMINIZ OLA
BİLƏR

Kommunal Müəssisələr Kombinatına cərimə yazılmasının səbəbi məlum oldu

Qazax Kommunal Müəssisələr Kombinatına inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayevin icraatındadır. Baxış iclası dekabrın 12-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 4 Dekabr 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin