BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə "Sevilla Baku”nun xanım meneceri ilə bağlı hökmü dəyişdi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Aytən Namazovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tətbiqi və Aytən Namazova 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəzanın təyini ilə bağlı müddəalar xaric edilib. Hökm verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinə hökmü ilə o, 2 il sınaq müddəti təyin edilməklə, şərti cəzaya məhkum edilib.

 

Qeyd: Kosmetoloji vasitələrin ölkəyə idxalı və satışı ilə məşğul olan "Sevilla Baku” MMC-nin menecer vəzifəsində çalışan, 1992-ci il təvəllüdlü Aytən Namazovanın külli miqdarda vəsaiti mənimsəməsi üzə çıxıb. Belə ki, şirkətdə aparılan audit yoxlamaları nəticəsində menecerin şirkətin anbarından götürüb ərazi üzrə satış nöqtələrinə təqdim etdiyi mallardan əldə edilmiş vəsaitin 57 min manatdan artıq hissəsini kassadan yayındırması üzə çıxıb.

 

Bundan sonra Aytən barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. Barəsində cinayət işi açıldıqdan sonra Aytən Namazova vurduğu ziyanı tam ödəyib.

 

Kamal Məmmədov

 

Tarix: 5 Dekabr 2023, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin